İmran Xanın avtomobilinə hücum edildi - Sui-qəsdçilər keçmiş Baş naziri yaraladı

İmran Xanın avtomobilinə hücum edildi - Sui-qəsdçilər keçmiş Baş naziri yaraladı

Pakistanın keçmiş baş naziri İmran Xana sui-qəsd edilib.

 

Sfera.az xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərə görə, sabiq baş nazir ayağından yaralanıb.

 

Sui-qəsdçilərin nazirin avtomobil karvanına hücum etdiyi bildirilir.

 

Xatırladaq ki, İmran Xan 2018-ci ildə Baş nazir seçilmişdi. Bu ilin aprelində parlamentin aşağı palatası Xana qarşı etimadsızlıq göstərərək, onu korrupsiyada və ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə ittiham edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR