Rusiyada hərbi xidmət müddəti artırılır? – Peskovdan AÇIQLAMA

Rusiyada hərbi xidmət müddəti artırılır? – Peskovdan AÇIQLAMA

Rusiyada bir neçə deputat orduya çağırış müddətinin uzadılmasını təklif edib. Məsələn, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov ötən ay iki illik hərbi xidmət təcrübəsinə qayıtmaq barədə çıxış edib. Onun fikrincə, bu, Rusiya Silahlı Qüvvələrinin sayını artıracaq və peşəkar döyüşçülər yetişdirməkdə kömək edəcək.

 

Dövlət Dumasının deputatı Mixail Şeremet də xidmət müddətinin iki ilə qədər artırılmasını təklif edənlər sırasında yer alıb. O düşünür ki, bu, əsgərlərin döyüşlərdə iştirak üçün daha effektiv və səmərəli şəkildə hazırlanmasına imkan verəcək.

 

Sfera.az-ın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bu barədə yeni açıqlama verib. O, bu gün keçirilən mətbuat konfrasında deyib ki, orduda hərbi xidmət müddətinin iki ilədək artırılması ilə bağlı qərar Müdafiə Nazirliyinin sorğu və tövsiyələrindən asılıdır. Onun sözlərinə görə, Prezident Administrasiyası bu məsələdən xəbərdar olsa da, hələ ki müzakirə getmir.

 

“Axı burada həlledici səs Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsusdur. Hər şey bu qurumun mövqeyindən, müraciətlərindən və tövsiyələrindən asılıdır. Bununla bağlı isə Müdafiə Nazirliyindən heç bir açıqlama eşitməmişik”, - deyə Dmitri Peskov “Kommersant FM”in sualına cavab olaraq söyləyib.

 

Qeyd edək ki, Rusiyada 2008-ci ildən məcburi hərbi xidmət müddəti bir ildir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...