“İran kəşfiyyatı buradakı qruplaşma üzvlərinə pul göndərir” – Cavanşir Paşazadə

“İran kəşfiyyatı buradakı qruplaşma üzvlərinə pul göndərir” – Cavanşir Paşazadə

Azərbaycanda İran kəşfiyyatına bağlı olan qruplaşma rəsmən ifşa edilib. Qruplaşma üzvü olan azərbaycanlılar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Maraqlıdır, İran təbliğatının ölkədə vüsət almasının səbəbi nədir? Həmin şəxslərə qarşı hansı tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Cavanşir Paşazadə İranın çoxillik münasibətləri şübhə altında qoyduğunu deyib:

 

"İşğal altında olan torpaqlarımızı azad etdikdən sonra İranda bizə qarşı müəyyən qədər qısqanclıq hissləri üzə çıxıb. Yaxın keçmişdə bizim İranla əlaqələrimiz yaxın olub, əməkdaşlıq səviyyəmiz yüksək olub. Lakin son dövrlər bizim dost kimi yanaşdığımız, qonşu kimi güvən yerimiz olan İran qeyri-insanlıq nümunəsi göstərən, ciddi olmayan dövlətlərlə dostluq qurub, onları dəstəkləyir. Bu səbəbdən də bizim narazılığımız var. Düzdür, bizim hansısa dövlətin siyasi xəttinə mane olmaq fikrimiz yoxdur, lakin ölkəmizə qarşı aparılan təxribatlara da səssiz qala bilmərik. İki gün əvvəl DTX-nın apardığı axtarış tədbirləri hələ davam edir, yoxlamalar gedir”.

 

Deputat İran kəşfiyyat şəbəkəsinə qoşulanların pul qazanmaq məqsədində olduğunu da vurğulayıb:

 

“Bəzən din pərdəsi altında İranın yaratdığı qruplaşmaların fəaliyyəti ilə rastlaşırıq. Bu məsələ ilə bağlı maksimum diqqətli olmalıyıq. Həmin qruplaşmaya qoşulanların məqsədinin kökündə həm də müəyyən mənada maddiyat da dayanır. Onların Suriyada və digər ölkələrdəki fəaliyyətində də pul faktoru var. Həmin kəşfiyyat qrupları müxtəlif ölkələrdə bank hesabı açıb, dəstəyə üzv olanların adına pul köçürmələri edirlər. Azərbaycan dövləti bununla bağlı bilgilidir və bu problemi həll etməyə qadirdir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...