İran Rusiyaya yeni PUA-lar və gülləkeçirməz jiletlər göndərəcək

İran Rusiyaya yeni PUA-lar və gülləkeçirməz jiletlər göndərəcək

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin məlumatına görə, noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır. Bundan əlavə, İranın Rusiyaya yüksək dəqiqlikli raketlər, eləcə də gülləkeçirməz jiletlər verəcəyi barədə də məlumatlar var.

 

İranın Rusiyaya yardımları hansı müharibənin gedişində nələri dəyişə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, Rusiya artıq İranı müharibəyə cəlb edib:

 

“Konkret aktiv müharibə olmasa da, Rusiya silah yardımı ilə bunu reallaşdırıb və bir güllə ilə iki quş vurub. Birincisi, İranın  Qərblə nüvə danışıqlarına demək olar, “stop” qoyuldu. Çünki  Qərb Ukraynanın yanındadır və antiRusiya koalisiyasındadır. İkincisi, İran əgər Vaşinqtonla gizli danışıqlar aparırdısa belə, müəyyən mənada bu prosesi dağıtmış oldu. Əlimizdə fakt olmasa da, düşünürəm ki, İranın nüvə silahı əldə etməsinə yəqin, Rusiya dəstək olur, köməklik edir. O cümlədən, İranın digər qazancı Suriyadan İrana məxsus qeyri-silahlı birləşmələrin kənarlaşdırılması məsələsinin gündəmdən çıxarılması ola bilər. Çünki Əsəd dəfələrlə Rusiyadan bunu tələb edir, İran isə buna sinə gərirdi. Bu mənada Ukrayna savaşı həm Türkiyə, həm də İranın işinə yaradı – yəni onlara məxsus olan silahlı birləşmələr çıxarılmır”.

 

Müsahibimiz qeyd edib ki, Rusiya İranı yaxın müttəfiq olaraq dünyaya göstərə bilib:

 

“Fikrimcə, birinci London İranla münasibətlərdə problem yarada bilər.  Çünki Londonun burada kifayət qədər siyasi gücü var. Onsuz İsraillə müəyyən problemlərin olduğu bəllidir. Vaşinqtonla da iqtisadi, siyasi, əsas da ticari və ya neft-qaz məsələlərində çətinliklərin yaranması mümkündür. Əsasən düşünürəm ki, London, İsrail İranın nüvə silahını almasına mane olmaq üçün əməliyyatlar apara , yaxud  onların istehsal olunduğu ərazilər vurula bilər.Ümumilikdə İranın Qərblə bundan əvvəlki mövcud problemləri qalacaq və embarqolar, sanksiyalar artacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...