Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi keçirildi - FOTOLAR

Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi keçirildi - FOTOLAR

Noyabrın 3-də Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi baş tutub.


Sfera.az xəbər verir ki, "Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.


Sərgidə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın Sənaye Nazirliyinin Kənd Təsərrüfatı və Maşınqayırma üzrə Yol-tikinti  Departementinin direktoru Mariya Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və digər rəsmi qonaqlar iştirak ediblər. 


Tədbirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb 


Çıxış edənlər sərginin keçirilməsində verdiyi dəstəyə görə, Azərbaycan tərəfinə, dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün verdiyinə və özəl təşkilatçılığa görə, "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildiriblər, sərginin işinə  uğurlar arzu ediblər. Tədbir "Həştərxan İş Mərkəzi"nin konfrans zalında dəyirmi masa ilə davam edib.

 


 


OXŞAR XƏBƏRLƏR