Paşinyan DİLEMMA QARŞISINDA: Ya siyasi taleyi, ya da...

Paşinyan DİLEMMA QARŞISINDA: Ya siyasi taleyi, ya da...

“Şərqi Avropada davam edən savaş Ermənistan hakimiyyətini ciddi narahat edir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O qeyd edib ki, müharibənin necə nəticələnməyindən asılı olmayaraq, İrəvanı ancaq təhlükə gözləyir:

 

“Çünki Rusiya qələbə qazansa, iştahı daha da artacaq və region ölkələrinə təzyiq göstərəcək. Əks halda isə Ermənistan regiondakı "çətirini" itirəcək. Hər iki ssenari Paşinyan üçün arzuolunmazdır. Ona görə də Ermənistan iqtidarı Türkiyənin "çətiri altına keçməyə" tələsir. Əlbəttə, Paşinyan həm də daxili auditoriyanı bu prosesə hazırlayır. Onun dünən hökumətin iclasıda Türkiyə ilə münasibətlər barədə açıqlaması həm də bu kontekstdən qiymətləndirilməlidir. İndi Ermənistan baş naziri üçün ən çətin məsələlərdən biri daxildəki radikal kəsimi Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırlamaqdır. Paşinyan onları inandırmalıdır ki, başqa yol yoxdur”.

 

Müsahibimiz bildirib ki, İrəvanla Ankara arasında münasibətlər normallaşdıqca Ermənistandakı etiraz dalğası güclənəcək:

 

“Bu, Rusiyanın əli ilə də ola bilər. Çünki Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını istəmir. Ermənistanda süni xaos yaratmaq şimal qonşumuz üçün elə də çətin deyil. İndi Paşinyan üçün kifayət qədər çətin mərhələdir. Türkiyə ilə diplomatik münasibətlərin bərpası onun üçün ən prioritet istiqamətlərdən biri olsa da, risklər də böyükdür. Bu mənada Ermənistan iqtidarı dövlətinin gələcəyi ilə özünün siyasi taleyi arasında qalıb. Hazırda Nikoldan ən çox tələb olunan məhz siyasi iradədir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...