Türkiyənin ilk döyüş təyyarəsi 2023-cü ildə hazır olacaq - Ərdoğan

Dünya
09:01 / 03.11.2022
11173
Türkiyənin ilk yerli istehsal döyüş təyyarəsi 2023-cü ildə hazır olacaq.
Sfera.az xəbər verir ki, Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "ATV" telekanalına müsahibəsi zamanı deyib.
"2023-cü ildə yerli döyüş təyyarəmiz anqardan çıxacaq. "Hürjet", "Bayraktar Kızılelma", eləcə də gəmidən qalxa və gəmiyə enə biləcək Bayraktar TB3 ilk uçuşlarını edəcək. Uzun mənzilli hava hücumundan müdafiə sistemlərimizin, yer-hava raketlərinin və Gökdoğan raketlərinin ilk tədarükü də həyata keçiriləcək", - deyə R.T.Ərdoğan bildirib.