Jurnalist Şahzadə Harrini yıxıb, sürüdü -  Açıq məktubda nələr yazılıb?

Jurnalist Şahzadə Harrini yıxıb, sürüdü -  Açıq məktubda nələr yazılıb?

4-cü baron Palmerin kiçik qardaşı jurnalist Mark Palmer Şahzadə Harriyə açıq məktub yazıb.
 

Məktub “Daily Mail”də dərc olunub və bütün Britaniyanın marağına səbəb olub.
 

Sfera.az həmin məktubu təqdim edir.
 

“Yanvarın 10-da 28 funt sterlinq dəyərində olan kitabınızın adı hələ çap olunmamış geniş müzakirələrə səbəb olub. Bu əbəs yerə deyil. Əminəm ki, Siz 1890-cı illərdə amerikalı sosialist Consuelo Vanderbilt tərəfindən işlədilən "varis və ehtiyat" ifadəsinə istinad edərək bu kitabı "Ehtiyat" adlandırmağı seçdiniz.
 

Sizin vəziyyətinizdə hansı ki, bu təəssürat kitabın üz qabığındakı sərt ifadənizlə daha çox diqqət çəkir seçdiyiniz sözün narahatlığa əsas verəcək mənaları var.
 

Kitabınızın ispan versiyası En La Sombra -"kölgələrdə" mənasını verir. Digərləri (yeri gəlmişkən, 16 dilə tərcümə edilməsi münasibətilə sizitəbrik edirik) - "Qalan" və hətta "Ehtiyatçı" mənasını verir.
 

Bütün bunlar məni sizə yazmağa vadar etdi. Çünki ən möhtəşəm və sözün əsl mənasında mən də “ehtiyat”dayam. Ancaq buna baxmayaraq özümü heç vaxt "kölgədə" hiss etməmişəm və əlbəttə ki, özümü "qalıq" hesab etmirəm.
 

Sizin kimi mənim də məndən üç il əvvəl doğulmuş bir qardaşım var. Onun adı Adriandır və o, həmişə varis olub. Təxminən 30 il əvvəl Lord Palmer titulunu miras alıb və Lordlar Palatasının üzvüdür.
 

Ona Şotlandiya Sərhədlərində 1905-ci ildə Con Kinross tərəfindən təmir edilmiş Manderston adlı köhnə ev (dünyada yeganə gümüş pilləkənlə), 1200 hektar əkin sahəsi, mərmər süd ferması, tövlələr,bir göl və 60 hektar park sahəsi miras qalıb ; bəlkə də dünyanın ən yaxşısı kimi.

 

Bildiyimə görə, qardaşım sırf Lordlar Palatasına üzvlüyünə görə gündə təxminən 300 funt sterlinq qazanır və Vestminster Sarayının katibinin dəstəyini dövlət büdcəsindən ödəyir. O, Tony Blair baş nazir olarkən zorakılıqdan xilas olmuş həmyaşıdları tərəfindən seçilən varisdir.
 

Mən isə ehtiyatdayam. Hətta Adrianın iki oğlu, bir qızı olana qədər elə idim, indi heç ehtiyatda belə sayılmıram. Amma heç ağlıma da gəlməzdi nə vaxtsa, sizin açıq-aşkar etdiyiniz kimi ondan incimək. Əksinə, elə bu cür də olmalı idi. Kartlar paylanıb.
 

Məsələ bundadır, Harri. Ehtiyatda olanlar skamyasında oturmaq mənə qardaşımda olmayan azadlığı verdi. Mən jurnalist olmağı bacardım, indi də bu qəzetin səyahət redaktoruyam və mənə çox səyahət etmək qismət olub.
 

Eynilə, Windsorun "ehtiyat nüsxəsi" olaraq siz də öz işinizi həll etməkdə sərbəst idiniz. Əvvəlcə orduya qoşularaq və Əfqanıstanda əsl şücaət göstərərək (böyük qardaşınız bu fürsəti əsaslı şəkildə rədd edə bilərdi), sonra isə Kaliforniyanın günəşli dağlıq ərazilərində.
 

Bu seçimi siz etmisiniz. Heç kim sizi buna məcbur etməyib. Hətta həyat yoldaşınız Meqan sizi okeanın o tayında yeni həyata aparmağa kömək etsə də, siz heç nə etmədiniz. Bununla belə, siz qəzəblisiniz. Kitabınızı nəşr edən “Penguin Random House”un dediyi kimi - “kəskin, sarsılmaz dürüstlük”lə öz dəhşətli taleyiniz haqqında yazırsınız.
 

Hamısı çox heyif. İnanın, hər bir müəyyən ailəyə xas olan ehtiyatda olmağın bir çox üstünlükləri var.
 

Qardaşım və bir çox doğmalarım bu illər ərzində anamızın ən sevimlisinin mən olduğunu deyirdilər. O, məni qardaşımdan da çox tərifləyirdi. Bu, verdiyim qərarların bəzilərini çıxmaq şərtilə demək olar ki, layiq olmadığım tərif idi.
 

Eyni şey sizin üçün də keçərli idi. Siz uzun müddət Britaniyanın sevimli şahzadəsi olmusunuz. Gecə klubundan sərxoş halda çıxdığınızda çəkilən zaman və ya daim ictimaiyyətin qarşısında olduğunuz üçün hərdən küsdüyünüz zaman və ya soyuq laqeydliyinizi daim bağışlayaraq, sizi ürəkdən qəbul etdik.
 

Sizin xasiyyətinizi bəyəndik. Siz sadə, nadinc görünürdünüz və ananızın gənc yaşda vəfatı zamanı nə qədər ağrı çəkdiyinizi yaxşı bilirdik. Biz sizin tərəfinizdəydik.
 

Əvvəla, Meqan gəlib onu alana qədər sizin yaxşı bir ürəyiniz olduğuna inanırdıq.
 

Ancaq burada bir şey də qeyd edim. Biz Meqana da bağlandıq. O, ölkənin əksəriyyəti tərəfindən sevgi və rəğbətlə qarşılandı. O, təkid etdiyiniz kimi sizi xoşbəxt etdi. Görmək istədiyimiz hər şey bu idi.

Amma indi xoşbəxt görünmürsən. Elə dünən biz yeni sorğunun nəticələrini oxuduq. Britaniya ictimaiyyətinin kral ailəsi simpatiyasında siz və Meqan rüsvay olmuş Şahzadə Endryu ; o pedofilin dostundan bir pillə yuxarıdasınız. Bu, necə də bədbəxtlikdir! Böyük qardaşınız xalqın qeyd-şərtsiz sevimlisidir, hətta kraldan da çox. Daim həyatlarından şikayət edən ehtiyatda olanlar tez bir zamanda gözdən düşə bilər.
 

Mən sizi təvazökarlıqla İsveç şahzadəsi Karl Filipin həyatını nəzərdən keçirməyə dəvət edirəm. O, həyatının ilk yeddi ayı İsveç taxtının varisi olub. 1980-ci ildə konstitusiya dəyişdirildi ki, cinsindən asılı olmayaraq ilk övlad taxta çıxa bilsin. Bu qanun onun bacısı Viktoriyanı varis etdi.
 

Həmçinin Karl Filip 2015-ci ildə bir vaxtlar kişi jurnalı üçün üstsüz poza verən keçmiş qlamur modellə evləndiyi üçün tənqid atəşinə tutulmuşdu. Amma bu onu büdrətmədi.
 

Sonra kral XVI Karl Qustav monarxiyanı qismən ləğv etmək üçün Karl Filipin iki oğlunun artıq kral statusuna malik olmayacağı haqqında fərman verdi.
 

Təəccüblüdür ki, Karl Filip bütün bunları anlayışla qəbul etdi və hətta bu qərarın oğlanları üçün yeni qapılar açacağını söylədi. Digər nümunələrə Avropadakı başqa kral ailələrində rast gəlmək olar.
 

İcazə verin, ehtiyatda olan bir yoldaş kimi sizə deyim ki, davranışınız ümumiyyətlə işə yaramır. “Yazıq mən” qoxusu gəlir; sanki böyük qardaşın olduğu üçün əziyyət çəkmisən, elə bil ki, yemək qalıqlarını yeməyə məcbur edilmisən. Amma elə deyil.
 

Bir çox ikinci uşaqlardan fərqli olaraq, siz heç vaxt böyük qardaşın cır-cındırını geyinməmisiniz, valideynlərinizin iki uşağın təhsil haqqını ödəyə bilmədiyi üçün ibtidai sinif təhsilindən məhrum olmamısınız. Əvəzində siz öz gələcəyinizi kral həyatının sərt sərhədləri daxilində qurdunuz, “İnvictus Games” kimi proqramlarda böyük uğur qazandınız və sonra minlərlə km məsafədə - Montesitoda “azadlıq tapdınız”.
 

Odur ki, neqativlər üzərində dayanmaq və daim şikayətlərinizi sadalamaqdansa, nə qədər şanslı olduğunuzu düşünün. Ola bilsin ki, siz həqiqətən "ehtiyatda” olmusunuz (Şahzadə Corc gələnə qədər). Lakin siz heç vaxt taxtda üçüncü olmaqdan irəli gələn bütün üstünlüklərdən məhrum olmamısınız.
 

Sizə təhsil, bahalı xizək tətilləri, Afrika safariləri, damazlıq polo, reqbi və futbol matçlarında stadionda ən yaxşı oturacaqlar və ya əksər insanların sadəcə xəyal edə biləcəyi müavinətlər verilmişdir.
 

Odur ki, Allah xatirinə, bunu dayandırın və bizi ehtiyatda olmaq ağlayıb-sızlamağından xilas edin.
 

Açığını deyim kitabınızın adı ən yaxşı halda yanıldıcıdır, ən pis halda isə ikinci yerdə olmaqla qəribə təsəlli tapan “əvəzedicilər” üçün açıq şəkildə təhqiramiz ifadədir.

Həmişə sənin,
Mark

Açıklama yok.

Aysel


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...