Dollar üzrə faiz dərəcəsi ARTIRILDI

Dollar üzrə faiz dərəcəsi ARTIRILDI

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə əsasən, baza dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb - 3,75-4%-ə qədər.

 

Sfera.az TASS-a istinadla xəbər verir ki, bu barədə FED-in rəsmi saytında məlumat dərc edilib.

 

Açıq Bazar Komitəsi uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 3,75-4% -ə qaldırmaq qərarına gəlib.

 

FED baza dərəcəsinin hədəf diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab etdiyinə də aydınlıq gətirib.


OXŞAR XƏBƏRLƏR