Muxtar Babayev Britaniya səfiri ilə GÖRÜŞÜB

Cəmiyyət
20:40 / 02.11.2022
18308
Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.