DİN-dən bu şəxslə bağlı əhaliyə MÜHÜM MÜRACİƏT - FOTO/VİDEO

DİN-dən bu şəxslə bağlı əhaliyə MÜHÜM MÜRACİƏT - FOTO/VİDEO

Özünü sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub.

Özünü nazirlik əməkdaşı kimi təqdim edib vətəndaşları aldatdı

 

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb.

 

 

 

 

Müəyyən edilib ki, Vüqar Əhmədov “Facebook”da “Həsən Ağayev” və digər saxta profillər yaradaq orada qeyd edilən dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib. Daha sonra ƏƏSMN-in rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsasitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. 

 

Faktla bağlı dələduzluq ittihamı ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, BMCMİ-ə müraciət edə bilərlər. 

 


OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...