Mopedlə narkotik satan şəxs saxlanıldı - VİDEO

Mopedlə narkotik satan şəxs saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.

 

DİN-dən Sfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...