Cəbrayılda şirkət əməkdaşı MİNAYA DÜŞDÜ - RƏSMİ

Cəbrayılda şirkət əməkdaşı MİNAYA DÜŞDÜ - RƏSMİ

Noyabrın 2-si Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

 

Mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.


OXŞAR XƏBƏRLƏR