Paşinyan yeni qurum yaradır
12:05 / 02.11.2022
12428
"2023-cü ildə Ermənistanda iki mühüm dəyişiklik gözlənilir. Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti yaradılacaq".
Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Ermənistanın Nikol Paşinyan deyib: "Hər iki qanun paketi tezliklə hökumət tərəfindən qəbul edilərək Milli Məclisə göndəriləcək".
Paşinyanın sözlərinə görə, xarici kəşfiyyat xidmətinin yaradılması son dərəcə vacibdir.
“Amma onu da demək istəyirəm ki, müzakirələr nəticəsində belə bir qənaətə gəldik ki, Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti bizim dövlət inzibati qurumlarının fəaliyyətinin məntiqində olmamalıdır, əks halda bu, öz mənasını itirəcək. ",- baş nazir qeyd edib.
Əzizə Zeynal