Liz Tras ABŞ dövlət katibinə yazdığı bu mesaja görə İSTEFA VERİB?
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trasın istefası ilə bağlı maraqlı iddia irəli sürülüb.
Sfera.az bildirir ki, Kreml bunu “Şimal axını” boru kəmərlərindəki təxribatla əlaqələndirib. Belə ki, əsas şübhəlilərin ABŞ və Böyük Britaniya olduğunu deyən Rusiya bu istiqamətdə sübutlarının olduğunu bildirib. Kremlin sözçüsü Dmitriy Peskov da bu təxribatlarda Britaniyanın əli olduğunu söyləyib.
“Böyük Britaniyanın enerji infrastrukturlarına terror hücumlarında iştirakına dair sübutlar var”, deyə Peskov əlavə edib.
Keçən ay istefa verən İngiltərə baş naziri Liz Trasın isə partlayışlardan dərhal sonra sosial mediada ABŞ dövlət katibi Antoni Blinkenə “Proses tamamlandı” mesajı göndərdiyinə dair iddialar yayılıb. Qərb mütəxəssisləri Trasın məhz bu səbəbdən istefa etdiyini irəli sürüb. Britaniya mediasının məlumatına görə, keçmiş baş nazirin telefonu rus hakerlər tərəfindən sındırılıb və onun mesajları ələ keçirilib. Tras isə bu hadisədən dərhal sonra istefa etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, sentyabrın 26-da “Nord Stream AG” kompaniyası “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində “görünməmiş dağıntıların” baş verdiyinə dair məlumat yayıb. Sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlanıb.
Günay Rəsulqızı