ABŞ dövlət katibinin köməkçisi Kiyevə gəldi

Dünya
18:41 / 01.11.2022
8233
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ukraynaya gəlib.
Sfera.az xəbər verir ki, səfərdə məqsəd Vaşinqtonun Kiyevə sarsılmaz və dönməz dəstəyini nümayiş etdirməkdir.
“Donfrid Ukrayna prezident administrasiyasının üzvləri, Xarici İşlər Nazirliyinin rəsmiləri və prezident Zelenskinin kabinetinin digər üzvləri ilə görüşəcək”, - deyə Dövlət Departamentindən bildirilib.
Tərəflər təhlükəsizlik və enerji sahəsində yardım, habelə Ukraynanın islahatları və yenidən qurulmasına dəstək məsələlərini müzakirə edəcəklər.
Daha əvvəl Donfrid bildirmişdi ki, Vaşinqton Moskva ilə sülh danışıqları başlayana qədər Kiyevi ən güclü mövqe ilə təmin etmək niyyətindədir.