Bu rayonda su olmayacaq

Cəmiyyət
19:14 / 01.11.2022
8086
Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, 2 noyabr tarixində günün sonuna qədər təmir bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.