Binalara istilik nə vaxtdan veriləcək? – Açıqlama

Binalara istilik nə vaxtdan veriləcək? – Açıqlama

Havaların kəskin dəyişməsi ilə əlaqədar  binalara istiliyin verilməsi məsələsi aktuallaşıb.  “Azəristiliktəchizat” ASC tərəfindən verilən məlumata görə istilik mövsümünün başlanılması dağ rayonlarında 1 noyabr, Bakı şəhəri və digər rayonlarda 15 noyabr tarixindən nəzərdə tutulur.

 

Qeyd edək ki, ötən illərdə bəzi istiqamətlər üzrə istiliyin göstərilən vaxtdan gec verilməsi ilə bağlı etiraz var idi. Maraqlıdır, bu il belə problemlərin yaranacağı gözlənilirmi? İstiliyin verilməsi prosesinin neçə gün ərzində yekunlaşması nəzərdə tutulub?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bütün ərazilər üzrə eyni tarixdə istiliyin veriləcəyini deyib:

 

"Payız-qış mövsümü və sosial digər təyinatlı obyektlərə istilik verilməsi qanunvericiliklə tənzimlənir. Qanunvericilik isə bütün sosial təyinatlı obyektlərə, digər obyektlər və yaşayış binaları ilə eyni vaxtda istilik verilməsi nəzərdə tutulur. Yəni ki, Bakı şəhərində və dağətəyi olmayan ərazilərdə 15 noyabrda, dağlıq rayonlarda isə  yaşayış və qeyri- yaşayış obyektlərinə istilik 1 noyabr tarixində veriləcək". 

 

Qurum rəsmisi hava durumundan asılı olaraq yeni mexanizmin hazırlana biləcəyini də qeyd edib:

 

"Əlbəttə, istilik mövsümünün başlanması ilə bağlı mütərrəqi mexanizmlərin işlənməsi gündəmdədir. Ola bilər ki, hava temperaturuna müvafiq olaraq müəyyən mexanizm hazırlana bilər ki, istilik mövsümü həmin mexanizmə əsasən müəyyənləşdirilə bilər. Amma bu, bir az uzunmüddətli layihədir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...