“Putin Rusiyasına nifrət edirəm...” – Rusiyalı iş adamı

“Putin Rusiyasına nifrət edirəm...” – Rusiyalı iş adamı

Kreml rusiyalı milyarder Oleq Tinkov və “Revolut” fintex startapının qurucusu, milyarder Nikolay Stronskinin Rusiya vətəndaşlığından imtina etməsinə reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. Peskov iş adamlarının bu qərarını onların hüququ kimi qiymətləndirib. Onun sözlərinə görə, həmin milyarderlər Rusiyada bizneslə məşğul olmurlar.

 

“Bu, onların haqqıdır. Əslində, burada onların biznesi yoxdur. Yəni həmin şəxslər indi ölkəmizdə sahibkarlıq həyatının iştirakçısı deyillər. Deyəcəklərim budur”, deyə Kremlin sözçüsü əlavə edib.

 

Məlumata görə, Nikolay Stronskinin Rusiya vətəndaşlığından imtina etməsi barədə danışan “Revolut”un sözçüsü “Nik – Böyük Britaniya vətəndaşıdır. Bu ilin əvvəlində, o, Rusiya vətəndaşlığından imtina edib”, – deyə söyləyib.  O xatırladıb ki, Stronskinin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı mövqeyi bəllidir. Milyarder hərbi əməliyyatların dərhal dayandırılmasının tərəfdarıdır.

 

Rusiyalı milyarder Oleq Tinkov isə sosial media hesabında “Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldim. Dinc qonşuları ilə müharibəyə başlayan, hər gün günahsız insanları qətlə yetirən faşist ölkə ilə əlaqəli ola bilmərəm və olmayacam. Ümid edirəm ki, digər rus iş adamları da mənim kimi edər və bu da Putin rejimini zəiflədər,məğlubiyyətə sövq edər. Putin Rusiyasına nifrət edirəm, amma açıq şəkildə müharibəyə qarşı çıxan bütün rusları sevirəm”, deyə qeyd edib.

 

Xatırladaq ki, hərbi əməliyyat başlayandan bəri “Forbes” siyahısında yer alan beş iş adamı Rusiya vətəndaşlığından imtina edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...