DTX-nin saxladığı İlkin Nəsibovla bağlı MARAQLI FAKTLAR

DTX-nin saxladığı İlkin Nəsibovla bağlı MARAQLI FAKTLAR

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da var.

 

Sfera.az bildirir ki, İlkin Nəsibov 2020-ci ilin avqustunda o zaman mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunub. 

 

Nəsibov İlkin Kamal oğlu 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR