Soçi bəyanatı Bakının maraqlarına uyğundur? - Qarabağla bağlı maddə...

Soçi bəyanatı Bakının maraqlarına uyğundur? - Qarabağla bağlı maddə...

“Soçi görüşünü ümumilikdə Azərbaycan üçün uğurlu hesab etmək olar”.

 

Sfera.az bildirir ki, bunu politoloq Turan Rzayev deyib.

 

O qeyd edib ki, sözügedən görüşdə yekunda verilən birgə bəyanatda tərəflər bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək, həllinə razılaşdıqlarını bildirib:

 

“Bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Qeyd edim ki, Alma-Ata Protokolu həm də bundan öncəki Praqa bəyanatında var idi. Əslində tərəflər bununla Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində imzalanacaq istənilən anlaşmanın ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkün olduğunu qəbul etmiş oldu. Rəsmi İrəvan da bunu bir daha qəbul etdi. Soçi bəyanatında Qarabağ və “statusa” dair heç bir ifadə yer almayıb. Halbuki Ermənistan görüşdən öncə bu məsələni gündəmə gətirməyə çalışacağını açıqca bəyan etmişdi. Lakin görüşdən öncə Prezident İlham Əliyev açıqca bildirdi ki, münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir”.

 

Politoloq qeyd edib ki, bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması isə Xankəndidəki son mitinq fonunda separatçıların ümidlərini puç edib:  

 

“Görüşdə 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrası da müzakirə edildi. Tərəflərin qeyd edilən bəyanatların icrasını müzakirə etməsi erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən Zəngəzur dəhlizinin verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyini göstərir.  Nəticə etibarilə Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu, Azərbaycan diplomatiyasının gücüdür”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...