“Qarabağın statusunu gələcək nəsillərin öhdəsinə buraxmaq lazımdır” – Səfir

“Qarabağın statusunu gələcək nəsillərin öhdəsinə buraxmaq lazımdır” – Səfir

"Soçidə keçirilən görüşün müddəti və onun hazırlanması sübut edir ki, bütün nizamlanma məsələləri üzrə substantiv danışıqlar aparılıb".

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bu gün jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünə münasibət bildirərkən deyib.

 

“Prezidentimizin dediyi kimi, biz hələ bütün məsələlərdə razılığa gələ bilməmişik, lakin bu müzakirənin baş tutması çox vacibdir. Tərəflərin həqiqətən də nizamlanma prosesində irəliləməyə hazır olduqlarını göstərməsi çox vacibdir. Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq lazımdır, o zaman hamı üçün məqbul olacaq və məsələnin ədalətli həllinə imkan verəcək şərait yaradılacaq”, -deyə o, qeyd edib.

 

Rusiyalı diplomat regionda kommunikasiyaların bloklanması mövzusuna toxunaraq deyib ki, Rusiyanın prinsipi rabitənin keçəcəyi ölkənin suverenliyinə hörmət etməkdir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...