Universitetlərimizin təhlükəsizliyinə kimlər nəzarət edir? – Binalar necə qorunur?

Universitetlərimizin təhlükəsizliyinə kimlər nəzarət edir? – Binalar necə qorunur?

Ötən gün Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb. Bu da istər-istəməz tələbələr arasında panikanın yaranmasına səbəb olub. Hətta iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb.

 

Bəs, ali təhsil müəssisələrində təhlükəsizlik tədbirləri necə təşkil olunub və ya olunmalıdır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib ki, ali təhsil müəssisələrinin fiziki olaraq qorunması bağlanmış müqavilə əsasında həm  qeyri-dövlət özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlər, həm də Daxili İşlər Nazirliyinin mühafizə bölməsi tərəfindən həyata keçirilir:

 

“Əlbəttə, şübhəli hərəkətlər, şəxslər olarsa, bununla bağlı araşdırmanın aparılması, hansı məqsədlə edilməsi istiqamətində aidiyyatı üzrə tədbirlər görülür ki, gələcəkdə belə hallar baş verməsin. İstər ali təhsil müəssəsilərinin, istərsə də məktəblərin mühafizəsi rəhbərliyin də marağındadır. Onlar da istəyər ki, müəssisədə heç bir neqativ hal qeydə alınmasın, tələbələrin, şagirdlərin həyatı üçün təhlükə olmasın. Bu işi görən mühafizə bölməsi də eynilə gördüyü işdə nöqsanların olmamasının tərəfdarıdır. Bu gün hansı məktəb, universitetlərin mühafizə xidməti var, polis nəfəri ilə təmin olunubsa onlarda neqativ hadisələrin başvermə risqi çox aşağıdır.  Sistem daim buna nəzarət edir və bu, onların birbaşa vəzifə borcudur. Ancaq belə xidmət olmadıqda, hər hansı bədbəxt hadisənin olması ehtimalı çoxalır”.

 

Müsahibimiz bildirib ki, universitetlər tələbələrin təhlükəsizliyinin təmin olması üçün qeyri-dövlət özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərin xidmətindən yararlanmalıdır:

 

“Bunlar müəyyən kurs keçmiş, sertifikasiyası olan, bu işlərdə uzun müddət təcrübəsi olan müəssisələr olmalıdır. Onlar məktəb, universitetlərin həm fiziki olaraq qorunmasını, həm də kənar təhdidlərə qarşı tədbirlərin görülməsini, təhsil müəssisəsinin təhlükəsizliyinin təmin olmasını həyata keçirirlər. Buna görə cavabdehlik daşıyırlar. Nəzərə almaq lazımdır ki, universitetlər, məktəblər həssas məsələlərdir, burada yüzlərlə, minlərlə tələbə-şagirdlər təhsil alırlar. Neqativ halların baş verməsi, ümumi cəmiyyətdə narahatlığın yaranmasına səbəb olur. Ona görə də təhsil müəssisələri təhlükəsizlik məsələsinə ciddi yanaşmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...