Ağız qoxusunun səbəbləri nələrdir?

Ağız qoxusunun səbəbləri nələrdir?
 
Ağız qoxusu günümüzdə mədəni cəmiyyətlər də daxil olmaqla olduqca məşhurdur.

Sfera.az xəbər verir ki, ağız qoxusu psixoloji problemlərə səbəb olur.
 
Ağız qoxusunun səbəb olduğu sosial problemlər bioloji problemlərdən daha çoxdur. Hətta əgər ağız qoxusu sosial bir problem olmasaydı bəlkə də bir xəstəlik olaraq görülməyəcək, müalicəsi üçün səy göstərilməyəcəkdi.

Ağız qoxusundan şikayət edən fərdlər sosial həyatlarında onlara olan inamlarını itirə bilərlər.
 
Ağız qoxusunun səbəbləri:

1. Diş aralarında, dil üzərində və digər ətraf toxumalarda qalan yemək artıqlarının ağız içindəki bakteriyalar vasitəsi ilə pis iyli maddələrin yaranmasına səbəb olur.
 
2. Ağız baxımı çatışmazlığı səbəbindən diş çürüyü və diş əti xəstəlikləri yaranır ki bu da qoxuya səbəb olur.

3. Qaraciyər çatışmazlığı və qaraciyər xəstəlikləri ağız qoxusuna səbəb olur.
 
4. Yaxşı təmizlənməyən protezlər də bənzər şəkildə ağız qoxusunun daha kəskin hiss edilməsinə səbəb olur.
 
5. Tüpürcək ağızda qoxuya səbəb olan qida artıqlarının təmizlənməsində mühüm rol oynayır. Bəzi dərmanlardan davamlı istifadə, tüpürcək vəziləri ilə bağlı xəstəliklərdə və ya daim ağız tənəffüsü edən insanlarda, tüpürcək azlığı yaranır ki, bu da ağız qoxusunu inkişaf etdirir.

6. Ağciyər mənşəli infeksiyalar da ağız qoxusuna səbəb olur.
 
7. Ağzınızda aseton qoxusuna bənzər bir ağız qoxusu varsa bunun əsas səbəbi şəkər xəstəliyidir.
 
8. Yediyimiz bəzi yeməklər (soğan, sarımsaq, ət, balıq, pendir və s) ağız qoxusu yaradır. Dişlərin və dilin təmizlənməsi ilə bu qoxu aradan qalxmaz. Qoxuya səbəb olan yemək orqanizmdən tamamilə atılana qədər qoxu davam edəcəkdir.
 
9. Böyrək çatışmazlığı xəstəliyi balıq qoxusuna bənzər bir ağız qoxusuna səbəb olur. Bənzər şəkildə tütün məmulatları və alkoqol də ağız qoxusuna səbəb olurlar. Bu vərdişlərdən tamamilə uzaqlaşmasanız ağız qoxusu davam edəcəkdir.
 
 
Aytac 
 
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 






OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...