Sabiq icra başçısı VƏFAT ETDİ - FOTO

Cəmiyyət
12:00 / 01.11.2022
6038
Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra ötən gecə vəfat edib.
Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri, icra başçısının müavini və 2006-2013-cü illərdə icra başçısı olub.(redaktor.az)