“Ya Ukraynada döyüşün, ya da sizi “Taliban”a verəcəyik” – Rusiya əfqanları ölümə göndərir

“Ya Ukraynada döyüşün, ya da sizi “Taliban”a verəcəyik” – Rusiya əfqanları ölümə göndərir

Rusiya Ukraynada döyüşmək üçün Əfqanıstan xüsusi təyinatlılarından istifadə edəcək.

 

Sfera.az bildirir ki, bu barədə “The Associated Press” (AP) agentliyi məlumat yayıb. Qeyd olunub ki, Moskva 20 illik işğalı zamanı ABŞ hərbçilərinin yanında döyüşmüş əfqan əsgərlərini “xarici legion”a cəlb etmək niyyətindədir.

 

Məlumata görə, sözügedən əsgərlərə ayda 1500 avro maaş, o cümlədən keçmiş hərbçilər və onların ailələri üçün təhlükəsiz sığınacaq təklif edilir. Yazıda bildirilib ki, həmin şəxslərin əksəriyyəti keçən il ABŞ-ın geri çəkilməsindən sonra Əfqanıstandan qonşu İrana qaçıb: “Onlar evlərinə qayıda bilmirlər, çünki  “Taliban”ın əli ilə öləcəklərindən qorxurlar”.

 

Əfqan generalı Abdul Raof Arqandival məsələ ilə bağlı bunları deyib: "Onlar döyüşmək istəmirlər, lakin başqa seçimləri yoxdur. Həmin əsgərlər Əfqanıstana deportasiya edilməkdən qorxur, tez-tez nə etməli olduqlarını soruşurlar. “Əfqanıstana qayıtsaq, “Taliban” bizi öldürəcək”, deyirlər”.

 

Prosesə Rusiyanın muzdlu qüvvəsi “Vaqner Qrupu” rəhbərlik etsə də, onlara həmçinin Rusiyada yaşayan və bu dildə danışan keçmiş Əfqanıstan xüsusi təyinatlılarının komandiri də kömək edir. Digər tərəfdən, əfqan xüsusi təyinatlıları ilə birlikdə döyüşən ABŞ əsgərləri aylardır ki, “Taliban”ın bu qoşunları öldürmək niyyətində olduğunu və onların sağ qalmaq üçün ABŞ-ın düşmənlərinə qoşula biləcəkləri barədə xəbərdarlıq ediblər. Rusların hazırda nə qədər əfqan xüsusi təyinatlısını cəlb etdiyi bəlli deyil. Rusiya Müdafiə Nazirliyi isə mövzu ilə bağlı sorğuya cavab verməyib.

 

Xatırladaq ki, bir vaxtlar Putinin aşpazı olan Yevgeni Priqojinin sözçüsü bu yaxınlarda “Vaqner Qrupu”nun keçmiş əfqan əsgərlərini işə cəlb etmək cəhdini “dəli cəfəngiyyat” adlandırmışdı. Böyük Britaniya hərbi kəşfiyyatının məlumatına görə isə, hazırda Ukraynada min “Vaqner” muzdlusu yerləşdirilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...