Putin Paşinyandan istədiklərinin hamısını ala bildi? – “Tam təslimiyyət olmadı, odur ki...”

Putin Paşinyandan istədiklərinin hamısını ala bildi? – “Tam təslimiyyət olmadı, odur ki...”

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündən sonra Nikol Paşinyanın atacağı addımlar müzakirə predmetinə çevrilib. Ermənilərin görüşdən əvvəl etiraz nümayişi və etirazların davam edəcəyi ilə bağlı xəbərlər Ermənistan liderinin tərəfdaşlıqla bağlı konstruktiv mövqeyinin dəyişəcəyi sualllarını artırıb.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Nikol Paşinyanın görüş öncəsi "əzələ nümayişi" etdiyini düşünür:

 

"Paşinyan Soçiyə Ermənistanda mövqelərini möhkəmlədərək getmişdi və onun davranışları da bunu ortaya qoydu. Paşinyan Soçi görüşündən öncə Mülki Müqavilə Partiyasının VI qurultayını keçirərək, heç bir müqavimətlə üzləşmədən partiyanın sədri seçildi. Bu baxımdan Paşinyan Ermənistan cəmiyyətində mövqeyini möhkəmlədirmiş oldu. O, bununla Rusiyaya ölkəsindəki mövqelərinin güclü olduğu mesajını vermiş oldu. Paşinyan Vladimir Putinlə təkəbətək görüş ərəfəsində konkret tezislərlə çıxış etdi. Bu tezislər birbaşa Ermənistan ictimai rəyindən qidalanırdı. Bu tələblər içərisində təkcə Azərbaycan və Ermənistan sərhədləri ilə bağlı məsələlər dayanmırdı, burada həm də kommunikasiyaların açılması və bütün kommunikasiyalara nəzarətin Ermənistan dövlət strukturlarında olacağı tələbi var idi. Bununla bərabər, Azərbaycan ordusunun Rusiyanın Qarabağdakı məsuliyyət zonasında olan ərazilərdən çıxarılması tələbi qoyulurdu. Nəhayət, Qarabağdakı ermənilərin təhlükəsizlik məsələsi kontekstində rus sülhməramlılarının fəaliyyət müddətinin uzadılması tələb edilirdi".

 

Ekspert bütün bu tələblərin Paşinyanın Rusiyaya "təslim olmaq" üçün getmədiyini göstərdiyini deyib:

 

"Üçtərəfli görüşdən çıxan nəticə və bəyanat da onu göstərir ki, Paşinyan Qarabağla bağlı istəklərinə nail olmasa da, ən azından Ermənistandan keçən bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin Ermənistanın iradəsi ilə açılmasına razılıq verib. Azərbaycan Ermənistan sərhədində Avropa Birliyinin müşahidəçiləri və ATƏT-in göndərdiyi missiya, Fransanın Ermənistana yolladığı kiçik hərbi qruplaşmanın olması və Rusiyanın Ermənistanın sərhəd təhlükəsizliyini qoruması ilə bağlı məsələlərə aydınlıq gəlmədi. Bbütün istəklərinin yerinə yetirilməməsinə rəğmən Paşinyanın Rusiya qarşısında təslim olduğunu görmədim. Bu fakt da göstərdi ki, gələcəkdə sülh müqaviləsinin imzalanması prosesinin Rusiyanın nəzarətinə keçirilməsi alınmadı və Rusiya Avropa Birliyinin təşəbbüsü ilə başlanan prosesin tamamilə aradan qaldırılmasına nail ola bilmədi. Bu da paralel olaraq Avropa Birliyinin təşəbbüsünün davam edəcəyinə sübutdur".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...