Azərbaycanda hər kəsin istifadə etdiyi bu xidmət BAHALAŞDI

Cəmiyyət
10:19 / 01.11.2022
6342
Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.
Sfera.az xəbər verir ki, bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.
Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.
Qərar bu gündən qüvvəyə minib.