Niyə Yer sakinləri bəzən gündüzlər Ayı görə bilirlər?

Niyə Yer sakinləri bəzən gündüzlər Ayı görə bilirlər?

İnsanlar Ayı yalnız gecələr müşahidə etməyə öyrəşiblər. Baxmayaraq ki, bəzən onu gündüz səmada görmək olur, niyə bu baş verir və niyə peykimiz gün ərzində bəzilərinin istədiyi qədər görünmür ?

 

Sfera.az xarici elmi nəşrlərə istinadən bildirir ki, alimlərin fikrincə insanların Ayı görə bilmələrinin əsas səbəbi onun Günəşdən gələn işığı əks etdirməsi və Yerə yaxınlığına görə səmada ikinci ən parlaq obyekt olmasıdır. Buna görə də Ayı gecələr, bəzən hətta gündüzlər də görmək olur. Ancaq gündüzlər həmişə ay görünmür. Bu həm Yer atmosferinin özü, həm də peykimizin orbital dövrəsi ilə bağlıdır.


Alimlərin fikrincə, əgər Yer kürəsində atmosfer olmasaydı, o zaman onun səthindən baxanda Ayı gecə-gündüz görmək olardı. Amma Ayın öz fazaları var və o, Yerlə Günəş arasında hərəkət edərkən onun işıqlı tərəfi həmişə bizə tərəf dönmür. Bu onu planetin səthindən demək olar ki, görünməz edir.

ABŞ Pensilvaniya, Villan Universiteti alimi Edvard Quinan :

 

"Atmosferimizdəki müxtəlif qazların zərrəcikləri günəş işığını səpələyir və Ayın gün ərzində görünməsi üçün onun işığı bu səpələnmiş günəş işığına qalib gəlməlidir. Bu işıq o qədər parlaqdır ki, gün ərzində ulduzların işığını üstələyir” - deyir.
 

Guinana görə, Yerdən görünən ulduzların işığı Günəşin işığından milyon-milyard dəfə, Ay işığından isə milyonlarla dəfə zəifdir.
 

Astronomlar kosmosdakı qalaktikanın və ya obyektlərin parlaqlığını qiymətləndirmək üçün səth parlaqlığından istifadə edirlər. Bunun üçün planetimizdən müşahidə edilən gecə səması bölgəsində Yerə çatan işığın miqdarını ölçürlər. Ay Yerə ulduzlardan daha yaxın olduğu üçün onun səthinin parlaqlığı səmanın səth parlaqlığından daha böyükdür, yəni biz onu gündüz işığında asanlıqla görə bilərik.


Ancaq ayın gün ərzində nə qədər yaxşı görünəcəyi müşahidənin aparıldığı fəsil, ayın hazırkı fazası, eləcə də səmanın buludsuz olmasından asılıdır.


 

Alimlərin fikrincə Ayı hər ayın təxminən 25 günü gündüz görmək olar. Digər günlərdə Ay ya yeni ay, ya da tam ay mərhələsindədir. Yəni onu yalnız gecə görmək olar. Ay gündə təxminən 12 saat səmada görünür, lakin onun görünüşü həmişə gündüz saatları ilə üst-üstə düşmür. Məsələn, bəzi coğrafi enliklərdə qışda, Ayı gündüz görnək o qədər də asan deyil.
 

Qeyd etdiyimiz kimi alimlər Ayın necə göründüyünü anlamaq üçün tədqiqat aparıblar. Doğrudur, yeni tədqiqat yalnız peykimizin mənşəyi ilə bağlı uzun müddətdir mövcud olan nəzəriyyəni təsdiqlədi.
 

“Lucy” kosmik gəmisinin Yerin ətrafında dövrə vuraraq planetimizin və onun peykinin fotoşəkillərini çəkdiyi bir vaxtda Ay Yerlə yanaşı kadrda olub. Yeri gəlmişkən, bu cihaz Yupiterin yaxınlığında yerləşən uzaq asteroidləri tədqiq edəcək.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...