Məktəbdə şagirdə əxlaqsız hərəkətlər etdi, HƏBS EDİLDİ

Məktəbdə şagirdə əxlaqsız hərəkətlər etdi, HƏBS EDİLDİ

Bakıda məktəbli qıza cinsi xarakterli qısnama hərəkətləri etmiş şəxs həbs edilib.

 

Sfera.az xəbər verir ki, Nərimanov rayonunda yerləşən məktəblərin birində 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkətlər etmiş S.Həsənova Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib və o, təcridxanaya göndərilib.

 

Qeyd edək ki, məktəb hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Xatırladaq ki, baş vermiş hadisənin görüntüləri mediada yayılıb. Belə ki, hadisə vaxtı 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində atasının gəlməsini gözləyib. Bu zaman S.Həsənov məktəbdə qıza qarşı əxlaqsız hərəkətlər edib. Məktəbli dərhal hadisə barədə valideyninə məlumat verib.


OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...