Qadın generaldan banan istədi - Səddam Hüseynin SON SİRRİ

Qadın generaldan banan istədi - Səddam Hüseynin SON SİRRİ
 
İraqın sabiq lideri, asılaraq edam edilən diktator Səddam Hüseynin ölümü və son günləri haqqında yazılar həm dünya, həm də yerli mətbuatda yenidən artmaqdadır. Sığındığı yerdən aşkarlanaraq sərasər 36 ay həbsxana həyatı yaşayan Səddamın son günləri və bu dönəmdəki yaşantıları dünya mətbuatının ən reytinqli mövzularından birinə çevrildi.

Sfera.az xəbər verir ki, həyatı başdan–başa sirlərlə dolu olan Səddam Hüseynin həbsxana həyatı da maraqlı olub. Belə ki, edama aparılanda belə qətiyyən qorxu keçirməyən, məhkəmə hakimləri ilə yüksək səs tonu ilə mübahisə edən İraq liderinin həbsxana həyatı da sirlərlə dolu olub. Yuxarıda sadalanan keyfiyyətləri ilə bərabər onun həbsdə qaldığı müddətdə sanki uşaqlaşdığı və bəzi hərəkətlərinə bunun qabarıq ifadəsi əks olunub. Səddam Hüseynin son sirri isə onu həbsxanada ziyarət edən ABŞ-ın qadın generalından ərik və banan istəməsidir. Bu istək general qadın Ceyn Karpinski  başda olmaqla bütün həbsxana heyətini təəccübləndirmişdi. İstədikləri ilə təmin olunandan sonra keşikdə duran ABŞ əsgərlərini general qadına göstərək "sizin övladlar mənim də övladlarımdır” deyib. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Amma həbsxanada qaldığı müddətdə ABŞ əsgərlərinin ən çox bir hərəkəti barəsində tez-tez vəkilinə şikayət edib. Bu onun hamıya məlum olan aşkarlanma hadisəsidir. Səddam iddia edirdi ki, ABŞ əsgərləri onu elə şəraitdə tapmayıblar. Sadədə güc tətbiq edərək, müxtəlif vasitələrlə Səddamın özündən getməsinə şərait yaradıblar. Huşunu itirən diktatoru məlum videoda da görünən lyuka salıblar. Sonra özünə gələn Səddamın lyukdan çıxarılmasını  kamera ilə çəkiblər.
 
 
 
 
 
 
 
 
Moderator.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...