“Sabah” “Qəbələ”ni məğlub etdi

İdman
21:15 / 30.10.2022
18022
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
Sfera.az xəbər verir ki, günün ikinci oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.
“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. 5-ci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib.
63-cü dəqiqədə Aleksey Kaşuk bərabərlik qoluna imza atıb.
90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.
“Sabah” – “Qəbələ” 2:1
Qol: Aleksey Kaşuk, 63, Davit Volkov, 90+3 - İsnik Alimi, 5
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
“Bank Respublika Arena”, 18:30