İsveç Ukraynaya müasir silahlar göndərəcək

Dünya
17:02 / 30.10.2022
10299
İsveç hakimiyyəti Ukraynaya müasir və daha ağır silahlar verməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bunu İsveçin yeni müdafiə naziri Pol Yonson deyib.
Yonson Ukraynaya hansı silahların göndəriləcəyini açıqlamayıb. O, Ukraynanın daha güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu qeyd edib:
“Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. Mənim ilk ikitərəfli görüşüm Ukrayna müdafiə naziri Aleksey Reznikovla olub. Artıq biz razılaşmışıq".