Qalmaqallı videosu yayılan sabiq deputat: “Qadını duya bilməyən kişilər var”

Qalmaqallı videosu yayılan sabiq deputat: “Qadını duya bilməyən kişilər var”

“Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim, bilirsiniz, nə qədər ziyandır?! Sosial şəbəkədə oxuyursan ki, 3 uşağın anası ailəsini atıb, kimləsə qaçıb. Bu, internetin xidmətləridir. Mentalitetimiz, adət-ənənələrimiz var, belə şey olar? Biabırçılıqdır!”

 

Bunu sabiq deputat Hüseynbala Mirələmov APA TV-yə müsahibəsində bildirib.

 

H.Mirələmov qeyd edib ki, islahatları insanların beynində həyata keçirmək lazımdır.

 

O, bildirib ki, qadını duya bilməyən kişilər var: “Həmin kişilər qadını sıxırlar. Amma boşanmaların səbəbi bu deyil. Boşanma başqa temadır. Ana qızını elə formalaşdırmalıdır ki... Bilməlidir ki, öldürsələr də dönüklük olmaz. Qız dərk etməlidir ki, əri onun bütüdür, məbədidir. Nə ər, nə də qadın “qırmızı xətti” keçməlidir. Sevgidə, məhəbbətdə sədaqətli olmaq lazımdır. Heç bir şey onları çaşdırmamalıdır”.

 

Qeyd: 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.


OXŞAR XƏBƏRLƏR

Məhbuslar tunel vasitəsilə həbsxanadan qaçdı - FOTO

Rusiyanın Lipetsk vilayətindəki 2 saylı islah koloniyasından altı məhbus bir anda iki tunel qazaraq qaçıb. Artıq 5 qaçaq saxlanılıb. Onların hamısı Özbəkistan v...

Madonnanın qızı daha bir məşhur brendin reklam kampaniyasında rol alıb - FOTOLAR

27 yaşlı Lourdes Leon “Marc Jacobs” brendinin reklam kampaniyasında rol alıb. Gənc məşhur görüntüləri İnstaqramda paylaşıb.   Sfera.az bild...

Bakıda külək gücləndi, bu rayona qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabi...

"Oqtay, məni bağışla" - Dilarə Əliyeva

Bu gün Əməkdar artist Dilarə Əliyevanın "Mintonasiya" stand-up şousu baş tutub.   Sfera.az xəbər verir ki, aktrisa səhnədə mərhum həyat yol...

” Dünyanın güc mərkəzləri bu ölkələri öz nəzarətində saxlamaq istəyir” - VİDEO

“Avropa Parlamentinin apardığı siyasət Qərbin siyasətinin tərkib hissəsidir. Bu siyasətin tərkib hissəsi ondan ibarətdir ki, özlərindən zəif olkələri öz t...

Gürcüstanda parlament seçkiləri başa çatdı

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.   Sfera.az xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem ü...