Bhopal Fəlakəti - Miqyasına görə Çernobıl qəzasından dəhşətli idi

Bhopal Fəlakəti - Miqyasına görə Çernobıl qəzasından dəhşətli idi

Bhopal fəlakəti, dünya tarixindəki ən böyük sənaye qəzalarından biridir.
 

Sfera.az sizə 43 il əvvəl indiyə qədər görülməmiş ən dəhşətli sənaye qəzası haqqındq yazı təqdim edir.
 

3 dekabr 1984-cü ildə Hindistanın Bhopal şəhərində ABŞ-ın “Union Carbide” şirkəti tərəfindən yaradılmış pestisid istehsal edən fabrikdən təsadüfən 40 ton metil izosiyanat qazı buraxıldı.
 

Bu dəhşətli hadisə 18.000 insanın ölümünə və 550.000-dən çox insanın zəhərlənməsinə səbəb oldu.

 

Yerə yaxın olan qazlar ümumilikdə 600.000-dən çox insana təsir edib.

 

Çox insanın boğazı və gözləri yandı, başgicəllənmədən nəfəs darlığına qədər çox ciddi təsirlər oldu.

 

38 min 478 nəfər müvəqqəti, 3900 nəfər isə ağır və ömürlük əlil oldu.
 

Qazın təsirinə məruz qalan insanlar 32 ildən sonra da fiziki və əqli cəhətdən qüsurlu uşaq dünyaya gətirirdilər.

 

Ekoloji təsirləri Çernobıl fəlakətindən daha dəhşətli olan bu qəzadan sonra Bhopal ştatı təbii fəlakət bölgəsi elan edildi.


Hələ 2004-cü ildə aparılan ölçmələrə görə, qəzadan 20 il sonra da torpaqda normadan 6 milyon dəfə çox zəhərli maddələr aşkar edilib.
İnsan sağlamlığına dəhşətli təsirləri bir yana, qəzadan sonra səslənən iddialar da kifayət qədər qorxulu idi.
 

“Union Carbide”nin ABŞ-da belə baxımsız və nəzarətsiz bir fabrik qurmasının mümkün olmadığı, fabrikin qeyri-kafi texnologiya ilə açıldığı iddia edilirdi. Beləliklə, qəzanın biləeəkdən səhlənkarlığa yol vermədən və ya qəsdən törədilmə ehtimalı daha çox idi.
 

Üstəlik, bu qədər insanın həyatını məhv edən qəzadan sonra şirkət zəhərli maddənin “kommersiya sirri” olduğunu əsas gətirərək onun adını belə açıqlamaqdan imtina edir.

 

Bu da zəhərlənənlərə diaqnoz qoymağı qeyri-mümkün edir, xəstəxanalarda ölüm hallarının artmasına səbəb olurdu.

 

Bir neçə il sonra açılan məhkəmədə “Union Carbide” zərərçəkənlərə və onların yaxınlarına 470 milyon dollar təzminat ödəməli olub.
 

Bununla belə Hindistan hökumətinə ödənilən pulun çox az hissəsi əsl qurbanlara paylanıb. Bu məbləğ sağ qalanlar tərəfindən bölüşdürüldükdə adambaşına təxminən 500 dollar düşüb.

 

Fəlakətə görə məsuliyyət daşıdığı göstərilən “Union Carbide” şirkətinin yüksək vəzifəli şəxsləri cəmi 2 il həbs cəzasına məhkum edilib.
 

Hindistanda qurulan bu şirkətin 49%-i dövlətə məxsus idi. “Union Carbide” 2001-ci ildə “Dow Chemical” tərəfindən alınıb. Yeni şirkət bu hadisəyə görə məsuliyyət daşımayacağını açıqlayıb.
 

Ardında dəhşətli xatirələr, itirilmiş həyatlar, qaranlıqda basdırılmış həyatlar qoyub getsə də; bəşəriyyət tarixində bəlkə də ən dəhşətli və ən dağıdıcı istehsalat qəzası onu törədənlərə demək olar ki, heç bir zərər vurmadan tarixin tozlu səhifələrində itib-batdı.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...