“Buta Airways”in Tbilisi-Bakı reysi gecikir - SƏBƏB

Cəmiyyət
14:20 / 29.10.2022
11168
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - “Buta Airways” şirkətinin Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir.
Sfera.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata görə, sərnişinlər Bakıya digər təyyarə ilə axşam yola düşəcək. Onlar qaydalara uyğun içki və qida daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.