Ermənistanda hərbçilər xidmət yerindən QAÇIB

Dünya
13:26 / 29.10.2022
10287
Ermənistan silahlı qüvvələrinin bölmələrində fərarilik halları artır.
Sfera.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə daha 4 hərbi qulluqçu xidmət yerini özbaşına tərk edib.
Məlumata görə, erməni hərbçiləri mütəmadi olaraq döyüldüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qaldıqlarına görə bu addımı atıblar.
Ermənistanın Gorus rayonunun Xndzoresk yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrdən birində baş verən hadisə ictimaiyyətdən gizlədilir. Hərbi hissə komandirinin fərarilik edən hərbçilərin axtarılması və tapılaraq xidmət yerinə qaytarılması ilə bağlı məktubuna əsasən hərbi polis tərəfindən tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.