Dünya çempionatında ölkəmizi təmsil edəcək ŞAHMATÇILAR - SİYAHI

İdman
19:31 / 28.10.2022
11727
Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) məlumatında bildirilib.
Məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcək.
AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.