Azərbaycan nümayəndə heyəti Tokioda görüşlər keçirdi - FOTO

Azərbaycan nümayəndə heyəti Tokioda görüşlər keçirdi - FOTO

“Osaka Kansai Expo 2025” Ümundünya sərgisi çərçivəsində Yaponiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Tokioda görüşlər keçirib. Yaponiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə “Osaka, Kansai Expo 2025”in baş komissarı Koji Haneda iştirakçı ölkə kimi ilk müqaviləni imzalamasına və Yaponiya ilə ikitərəfli münasibətlərə verdiyi əhəmiyyətə görə Azərbaycana təşəkkürünü bildirib.

 

Sfera.az-ın məlumatına görə, Yaponiyanın Nippon Fondunun sədri cənab Yohei Sasakava da Azərbaycan nümayəndə heyətini qəbul edib.

 

Görüşdə Heydər Əliyev Fondu və Nippon Fondunun fəaliyyəti ilə bağlı məlumat mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Sasakava hər iki Fond arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycana dəvət olunub.

 

Bir 6 kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilir


OXŞAR XƏBƏRLƏR