Fransa "oturduğu ağacı" niyə kəsmək istəyir? - Bakıya qarşı qərəzin səbəbləri

Fransa

Azərbaycana qarşı Avropada çirkin kampaniya başladılıb. Bu kampaniya xüsusilə Fransanın rəhbərliyi səviyyəsində həyata keçirilir. Təsadüfi deyil ki, noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

 

Ümumilikdə 6 senatorun hazırladığı qətnamə layihəsi Bakını küncə sıxışdırmaq məqsədi daşıyır. Qətnamədə isə əsasən aşağıdakı məqamlar yer alıb.

 

Birincisi, Azərbaycan “hərbi cinayətlərdə və insan haqlarının pozulmasında” ittiham olunur.

 

İkincisi, Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmaq çağırışı edilir.

 

Üçüncüsü, ermənilərin Qarabağa “qayıdış hüququ”, işğaldan azad edilmiş ərazilərdə “erməni mədəni irsinin qorunması” kimi məsələləri özündə ehtiva edir.

 

Rəsmi Paris ilə Bakı arasında son zamanlar soyuq küləklərin əsdiyini də nəzərə alsaq, Senatda müzakirəyə çıxarılacaq qətnamənin qəbul edilməsi ehtimalı böyükdür. Amma qətnamə qəbul edilsə belə, onun işləyəcəyi inandırıcı deyil. Məsələ ondadır ki, Fransa Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmaq çağırışı etsə də, həmin ölkələrin hazırda təbii qaza heç olmadıqları qədər ehtiyacı var. Rusiya-Ukrayna müharibəsinin davam etdiyini və Qərbin Kiyevə verdiyi dəstəyə görə Kremlin Avropaya qaz nəqlini dayandırdığını nəzərə alsaq, Avropa ölkələri alternativ ölkələrdən qaz nəql etmək məcburiyyətindədir.

 

Düzdür, rəsmi Bakı hazırda Avropaya Rusiya qədər qaz satmır. Hazırda bizim Avropaya satdığımız qazın ümumi həcmi 10.5 milyard kubmetdir. Yaxın illərdə bu göstəricinin 15 milyard kubmetrə qədər artırılması düşünülür.

 

Rəsmi Bakının həm də təbii qaz ilə zəngin digər bir region Mərkəzi Asiyaya yaxınlığı gələcəkdə Qazaxıstan, Özbəkistan və Türkmənistan qazının da ölkəmiz üzərindən Avropaya nəqli məsələsini aktuallaşdırır.

 

Nəticə etibarilə başda Fransa olmaqla, Avropa bu qətnamə ilə “oturduğu ağacı kəsir”. Çünki rəsmi Bakı qaz nəqli baxımında Avropa ölkələri üçün ən etibarlı və perspektivli tərəfdaşıdır.

 

Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...