Mərkəzi Bank faizləri artırdı – yüksək inflyasiyanı cilovlamaq çətinləşir

Mərkəzi Bank faizləri artırdı – yüksək inflyasiyanı cilovlamaq çətinləşir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8%-ə çatdırılıb. Həmin qərarla faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5% olub, yuxarı hədd isə 9,25% səviyyəsində dəyişməz saxlanılıb.

 

Sfera.az xəbər verir ki, AMB-nin uzun fasilədən sonra faizləri artırması ölkəmizdə qeydə alınan yüksək inflyasiya ilə bağlıdır. 2022-ci ilin sentyabrında aylıq qiymət artımları 3,1 faiz olub ki, bu da son illərin ən yüksək aylıq bahalaşmasıdır. Aylıq inflyasiyanın güclənməsi hesabına illik inflyasiya 15,6 faizə, dövrü inflyasiya isə 13,4 faizə yüksəlib. İnflyasiyanın mövcüd sürəti onu göstərir ki, Azərbaycanda qiymət artımları nəzarətdən çıxıb və qiymətlərin sabitliyini təmin etmək mümkün deyil.

 

Belə vəziyyətlərdə AMB sərt pul-kredit (monetar) siyasət yürütməlidir. Sərt monetar siyasətin əsas məqsədi tələbi zəiflətməklə inflyasiyanı cilovlamaq, qiymətlərin daha çox artmasının qarşısını almaqdır. Amma təəssüf ki, AMB 2022-ci ilin mart ayından faizləri sabit saxlamaqla qiymət artımlarının güclənməsinə göz yumdu. Bir qayda olaraq inflyasiya gücləndikdə kredit qoyuluşu azaldılır, depozitlərin həcmi artırılır, dövriyyədə olan pul kütləsinin miqdarı kiçildilir ki, bununla tələb zəiflədilir və qiymətlərdəki hərarər azaldılır. Bu tədiblər görülmədikdə Azərbaycanda son aylarda olduğu kimi qiymət artımları aybaay güclənir.

 

Mövcud vəziyyətdə AMB yalnız faizləri artırmaqla kifayətlənməməli, digər qeyd edilən zəruri nəticələrə nail olmalıdır. Əks təqdirdə bahalaşma sürətini zəiflətmək ilin sonuna qədər çətin olacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.   Sfera.az xəbər verir ki, bu RİA Novosti ticarət mə...

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...