Kraliça Elizabetin gizli planı - Şahzadə Harri və şahzadə Endryu hakimiyyətdən məhrum edilir

Kraliça Elizabetin gizli planı - Şahzadə Harri və şahzadə Endryu hakimiyyətdən məhrum edilir

İngiltərə kraliçası Elizabet ölümündən əvvəl kral ailəsinin iki mübahisəli adı Şahzadə Harri və Endryunun hakimiyyət yollarını kəsmək üçün qanun layihəsini təsdiqləyib.

 

Sfera.az “Dailymail” qəzetinə istinadən bildirir ki, Kral Çarlzın Şahzadə Harri və Endryuya vərəsəlik verməsinə mane olmaq üçün təklif planı hazırlanıb.



Parlamentə müzakirəyə çıxarılması gözlənilən təklifə görə kralı əvəz edəcək şəxslərin siyahısı hazırlanacaq. Çarlz Şahzadə Harri və Şahzadə Endryu əvəzinə digər iki qardaşı Enn və Edvardı seçə biləcək.



Sözügedən təklif Britaniya mətbuatında geniş əks-səda doğurub. Bir çoxları təklifin artıq aylardır masada olduğunu və Kraliçanın təsdiq etdiyini yazıb.


Kral ailəsinin üzvü , York hersoqu Şahzadə Endryu cinsi zorakılıq iddialarına görə kral titullarından məhrum edilib.



Mətbuatın yazdığına əsasən Şahzadə Endryu onu seksual zorakılıqda günahlandıran Virciniya Giuffrenin təsis etdiyi fonda böyük məbləğdə ianə təklif edib.
Xatırladaq ki, bu fond cinsi zorakılıq qurbanlarına kömək etmək məqsədilə yaradılıb.



Şahzadə Harri isə evliliyinə görə ailəsinin narazılığı ilə qarşılaşmışdı. Harry həyat yoldaşı ilə birlikdə ABŞ-da məskunlaşıb və bütün titullarından imtina edib. Harri İngiltərədə “kral ailəsinin üz qarası" adlandırılmışdı.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...