Britaniya tarixinin ən qorxunc cütlüyünün dəhşətli hekayəsi - Moors cinayətləri

Britaniya tarixinin ən qorxunc cütlüyünün dəhşətli hekayəsi - Moors cinayətləri

Britaniya tarixində ən nifrət edilən cütlük seçilən, 5 uşaq və yeniyetmənin qətlinə görə məsuliyyət daşıyan iki qatilin hekayəsi eşidənləri şoka salır.
 

Sfera.az nəinki Britaniyanın, bütün dünyanın ən dəhşətli və vəhşi silsilə qətllər törədən cütlüyü haqqında yazı təqdim edir.
 

İan Brady və Myra Hindley.
 

Bu ikisi arasında xüsusilə psixo və vəhşi İan Bredidir.
 

2 yanvar 1938-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olan Bredi atasını heç vaxt görməyib. Anası tək başına baxa bilməyəcəyini düşünərək onu başqa cütlüyə övladlığa verib. Ana əvvəlcə tez-tez ziyarət etsə də, sonradan onu ziyarət etməyi dayandırır.

 

Bredi uşaq ikən heyvanlara işgəncə verməkdən, hətta onları öldürməkdən həzz alırdı. Bir dəfə hətta iti yandıraraq öldürürdü. Daha sonra yaşıdı olan uşaqlara hücum etməyə başlayıb. İbtidai sinif müəllimlərindən zəka potensialından istifadə etmədiyinə dair xəbərdarlıqlar alıb.

 

Həmin dövrdə Bredi II Dünya Müharibəsi və nasistlərlə maraqlanır, alman dilini öyrənməyə çalışır.
 

kitabları arasında Hitlerin "Mənim mübarizəm", Dostoyevskinin "Cinayət və Cəza" və Markiz de Sadın "Justine - Fəzilət fəlakətləri" o dövrdə sadizm haqqında kitablara bükülmüşdü.  13-16 yaşları arasında 3 dəfə oğurluq və soyğunçuluq cinayətlərinə görə tutulub.
 

1957-ci ildə 19 yaşında ikən mühasibatlığı öyrənir və işə düzəlir. Burada uzun illər onun ortağı olacaq Hindley ilə tanış olur.
Sevgi naminə bu işlərə qarışan Myra Hindleyin də uşaqlığı Bredikinə bənzəyir.
 

23 iyul 1942-ci ildə Mançesterdə anadan olan Hindley uşaqlığını fəhlə sinfinin cəmləşdiyi Qorton bölgəsində keçirir. Myranın atası orduda xidmət edib, anası isə mühəndis olub. Atası alkoqol düşkünü idi və Myra'ya fiziki şiddət göstərirdi.

Ailənin ikinci övladı dünyaya gələndə Myra nənəsinin yanına göndərilib. Onun burada məktəbə getməsinə daim mane olurdular, buna baxmayaraq o, dözürdü və həmişə çox yaxşı qiymətlər alırdı. İdman və təhsil olimpiadalarında iştirak edir və üzgüçülük komandasına üzv seçilir. Kişi görünüşü və bədən quruluşu olduğu üçün ona ləqəb vermişdilər.

 

15 yaşı olanda rəfiqəsi üzgüçülük zamanı boğulur.

Myra bu hadisədən sonra travma alır. Həmin gün rəfiqəsi onlara birlikdə üzməyə getməyi təklif etsə də, Myra bundan imtina etmişdi. O, imtina etməsəydi, rəfiqəsini xilas edə biləcəyini düşünür və özünü günahlandırırdı. Hadisədən az sonra məktəbi yarımçıq qoyur və işə başlayır. İki il sonra o, bir nəfərə aşiq olur, lakin evliliyin gülünc olduğunu düşündüyü üçün münasibəti bitirir.

 

18 yaşında özündən 4 yaş böyük Bredi ilə tanış olan Myra ilk dəfədən ona aşiq olur.


İkili daha çox ünsiyyət qurmağa başlayır. Onlar kinoya getməyə, sonra bir-birlərinin evində alman şərablarını içməyə başlayır. Bredi alman heyranlığını Myraya ötürməyə başlayır. Bredi ona Hitler haqqında məlumat verir, nasistlər haqqında danışır, Markiz de Sada oxutdururdu. O, Hindley ilə zorlama və qətlin yanlış olmadığına dair fikirlərini bölüşür və onları doğru olduğuna inandırırdı.

Brediyə olan sevgisindən günü-gündən dəyişən Hindley geyim tərzindən tutmuş düşüncə tərzinə qədər hər şeyi dəyişməyə başlayır. O, hətta Bredinin Tanrı deyə bir şeyin olmadığı fikrinə görə kilsəyə getməyi dayandırır.


Dəhşətli qətli planlaşdıran ikili, 12 iyul 1963-cü ildə hərəkətə keçir.
 

16 yaşlı Pauline Reade adlı bir qızı maşınlarına mindirən ikili, qətllərini törətmək üçün Saddleworth şəhərinə gedirlər. Burada Hindley Pauline itkin əlcəklərini tapmaqda ona kömək etməsini istədiyini söyləyir. Bu vaxt Bredi balaca qızcığazı üstələyib zorlayır, sonra kürəklə onun başını əzir. Bununla kifayətlənməyərək o, qızcığazın az qala başını kəsəcək formada boğazını kəsir. Daha sonra gənc qızı basdırıb, ikisi hadisə yerini tərk edir.
 

4 ay sonra ikinci qətli törədirlər.
 

Hindley 12 yaşlı oğlan uşağı Con Kilbridi öz maşınına mindirir. O, yenidən Saddlvorta gedir və orada onu gözləyən Bredi ilə görüşür.
Bredi Hindleyə maşında qalmasını bildirib uşağı oradan uzaqlaşdırır və bıçaqlayır. Bıçaq kifayət qədər küt olduğundan iş onun gözlədiyi kimi getmir. Bredi çox əsəbiləşərək uşağı kəndirlə boğub, basdırır.


1964-cü ilin iyununda onlar üçüncü və ən məşhur qətli törətdilər.
 

12 yaşlı Keyt Bennetti qaçıran ikili yenidən Saddlevorta gedir. Hindley uzaqda dayanaraq Bredinin oğlanı zorladığını, sonra onu kəndirlə boğub basdırdığını izləyir. Uşağın cəsədi heç vaxt tapılmayıb və bu axtarış işləri 50 il davam etdikdən sonra son illərdə dayandırılmışdı.


Onların dördüncü qətli də ən dəhşətli cinayətlərdən biridir.
 

10 yaşlı qız Lesli Enn Dounini parkdan qaçırırlar. Daha sonra Bredi çılpaq, bağlı halda doqquz şəklini çəkir. Daha sonra Hindley Bredinin kiçik qızı zorlaması və ona işgəncə verməsini kamera ilə qeydə alır. Video boyu qızın yalvarışları və qışqırıqları eşidilir. Sonra video bitir. Qızın Bredi tərəfindən öldürüldüyü güman edilir. Cəsədi yenidən Saddlevorta aparılaraq basdırılır.
 

Onların sonuncu qətli 1965-ci il oktyabrın 6-da baş verib.
 

İkili ilk olaraq 17 yaşlı Edvard Evansı evlərinə gətirir. Daha sonra Bredi Edvardın başından balta ilə vurur. Bu vaxt Hindleyin 18 yaşlı ögey qardaşı David Smith onlara baş çəkməyə gəlir. Bredi Deviddən cəsədi daşımaq və təmizləmək üçün kömək istəyir.
Qorxusundan ona çarəsiz şəkildə yardım edən David ilk fürsətdə evdən qaçaraq polisə gedir və hər şey üzə çıxır.

Hər ikisi ömürlük həbs cəzasına məhkum edilir.

 

20 ildir Keyt və Paulini öldürdüklərini etiraf etməyən ikili daha sonra cinayəti boyunlarına alır və cəsədləri harda basdırdıqlarını polisə bildirirlər. Yalnız Paulinin cəsədi tapılır. Keytin cəsədi illərlə axtarılmağa davam edir, qatillər onun harada olduğunu heç vaxt demirlər.
15 noyabr 2002-ci ildə Hindley həbsxanada ölür.
 

Həbsdə olduğu illərdə davamlı olaraq kitab oxuyur, açıq təhsili bitirir və diplomunu alır. Qətllərin heç birində şəxsən iştirak etməmiş, heç kimi öldürməyən Hindleyin zorakılığa meyli bu baxımdan həmişə aşağı səviyyədə göstərilir.
 

Hindley özü etiraflarında zorakılığa meyli olmasa da, Bredidən fərqli olaraq doğru ilə yanlışı ayırd edə bildiyi üçün ondan daha çox günahkar olduğunu, sevgisinə görə baş verənlərə dözdüyünü bildirir.
 

O, bir gün həbsxanadan çıxıb xeyriyyə işləri ilə məşğul olmaq istədiyini, uşaqları çox sevsə də, artıq onlarla heç nə edə bilməyəcəyi üçün yaşlılara qulluq etmək istədiyini bildirib. Bütün bunlar üçün heç vaxt şans olmayıb.
Bredi isə hələ də sağdır və psixatriya xəstəxanasındadır.
 

İllərdir doğulduğu Şotlandiyada xəstəxanaya köçürülməsi tələbini irəli sürür. Lakin bu tələb həmişə rədd edilir. Psixoloqlar bildirirlər ki, ölən uşaqlardan biri - Keytin yerini hələ də açıqlamaması Bredinin özünü güclü və nüfuzlu hiss etməsini göstərir.
 

Moors qatillərinin hekayəsi belədir.
 

Eşq içində problemli qadın, mədəni, lakin qəddar psixopat... Tarix çox qatil cütlüklər görüb. Lakin bu cütlük tarixin ən qaranlıq yerlərindən birində əbədi iz buraxıb.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...