İngiltərədə 6000 ildən sonra ilk dəfə bizon doğuldu - FOTO

Dünya
08:11 / 28.10.2022
11123
Böyük Britaniyada 6000 ildən artıq müddətdə ilk dəfə olaraq vəhşi təbiətdə bizon doğulub.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bizonu ilk dəfə Kent meşəliyində iki gözətçi aşkar edib.
Gözətçi Tom Gibbs:
“Bir neçə gün idi ki, bizonlardan birini görə bilmirdik və həyəcan təbili çalındı. Mən onu tapmaq üçün axtarışa başladım və təxminən bir saatdan sonra xışıltı səsi eşitdim... Sonra, bax, bu balacanı anasının arxasında dayanan gördüm. Bu sadəcə inanılmaz idi” - deyə bildirib.
Aynil