Şenol Günəş \"Beşiktaş\"la rəsmi müqavilə imzalayır
"Beşiktaş" klubu Şenol Günəşlə rəsmi müqavilə imzalamağa hazırlaşır.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Şenol Günəş sabahdan etibarən “Beşiktaş"ın baş məşqçisi vəzifəsini icra edəcək.
İstədiyi oyun və nəticəni əldə etməyincə “Beşiktaş” baş məşqçi Valerien İsmaellə yollarını ayırıb.
Onuk əvəzinə klubda İki Super Liqa çempionluğu qazanan, Çempionlar Liqasında son 16 və Avropa Liqasında 1/4 finalda uğur qazanan Şenol Günəş çalışacaq.
“Beşiktaş” bazar günü “Ümraniyespor” ilə oynanacaq matça Güneşin rəhbərliyi ilə çıxacaq.
Şenol Günəş 1,5 illik müqavilə ilə 1,5 milyon avro qonorar alacaq.
Güneşin köməkçisi Eren Şafak olacaq.
Xatırladaq ki, Şafak 2015-2017-ci illər arasında “Beşiktaş”da çalışıb. O, 2019-2021-ci illər arasında millidə də Günəşin komandasında təhlilçi vəzifəsini icra edib.
Aynil