Bakıda "polis" TUTULDU

Cəmiyyət
18:14 / 27.10.2022
8162
Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdim edərək pul tələb edən şəxs müəyyən olunub.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur