Mir Şahin Ağayev: “Mən seyidəm, İmam Hüseynin də, Həzrət Abbasın da...” - VİDEO

Mir Şahin Ağayev: “Mən seyidəm, İmam Hüseynin də, Həzrət Abbasın da...” - VİDEO

“İrançı qüvvələr məqsədyönlü şəkildə mənim çıxışımdan parçalar yayaraq guya dini inancları təhqir etdiyim barədə rəy yaratmaq istəyirlər”.

 

Sfera.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri, jurnalist Mir Şahin Ağayev öz feysbuk səhifəsində yazıb.

 

O, hazırda maraqlı vəziyyət yarandığını bildirib: “İran İslam Respublikasının Ermənistan (Qeyri-İslam) Respublikasını öz milli maraqlarının tərkib hissəsitək müdafiə etməsi, onun sərhədlərini özünün qırmızı xətti sayması, sırağagünədək qardaş dediyi Azərbaycana sarı silah tuşlayaraq, dron qaldıraraq, Araza mobil körpü salaraq hərbi texnikası ilə üzərimizə yürüş imitasiyası yaratması, Nikol Paşinyan başda olmaqla, Ermənistanı müdafiə etməklə Xocalı soyqırımı müəlliflərinin yanında olduğunu nümayiş etdirməsi qalıb bir kənarda, bu yanaşma tərzini pislədiyimə, ola bilsin bir az sərt, amma haqlı tənqid etdiyimə görə məni linç hədəfinə çevirirlər”.

 

Mir Şahinin sözlərinə görə, İran İslam Respublikası inanclı insanların hissini  işğal altındakı məscidlərimizdə donuz saxlayanlara susmaqla təhqir edib: “Mən yox! İnanclı insanlarımızı İrandan gələn azana Azərbaycanın səmimiyyətlə səcdə edən şiə camaatının etibarını ermənilərin ayağına verənlər təhqir edib, mən yox!

 

 

Mən seyidəm, ruhani ailəsində doğulmuşam, İmam Hüseynin də, Həzrət Abbasın da qədrini, dəyərini məqsədli irançılardan daha yaxşı bilirəm! Bazar günü mövzuya bir daha qayıdacağam. Görünür, daha bir açıqlamaya ehtiyac var! Amma İran İslam Respublikasının açıqlamasına olan ehtiyac daha böyükdür! Niyə Ermənistanın tərəfinə keçmək qərarına gəldi və ədalətli, öz tarixi haqqını bərpa etmiş Azərbaycanın yox, işğalçıların, Xocalı qatillərinin yanını seçdi? Bu suallara cavab verilməlidir! Mənim İmam Hüseyn həzrətlərinə, Həzrət Abbasa münasibətim hər bir səmimi Azərbaycan şiəsinin münasibətilə eynidir. Böhtanla, iftirayla diqqəti əsas mətləbdən yayındırmaq cəhdlərini yığışdırmaq, Azərbaycanın Qələbəsini həzm edə bilməmələrinin səbəbini izah etmək lazımdır! Azərbaycanı satıb İrana qaçan, orda hansısa Kərimə dövləti yaratmaqla bizi təhdid edən “soydaşlarımıza” görə cavab vermək lazımdır!  

 

İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmayın! Onları ucuz siyasi məqsədlərinizə alət etməyin! Mövzu bu deyil! Mövzu İranın Ermənistana hər növ dəstəyidir! Pislənilməli, məhkum edilməli məsələ budur!”

 

Qeyd edək ki, o, bazar günü yayımlanan “Mir Şahinin vaxtı” verilişində İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədə danışaraq bu ölkənin Ermənistanın Qafan şəhərində konsulluq açmasını qınayıb. Bu zaman Mir Şahinin özünü ifadəsi zamanı dini şəxsiyyətlərin adından istifadə etməsi geniş müzakirələrə səbəb olaraq tənqid edilib. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Naxçıvanda əhalinin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Bu barədə Sfera.az-a Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.   ...

MİQ imtahanına yekun vuruldu - İlk nəticələr

3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtaha...

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. &...

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...