Mətanətdən sərt TƏNQİD: "Oxuya bilməyəni oxutdururlar..."

Cəmiyyət
16:15 / 27.10.2022
9546
"Umumiyyətlə, televiziyadan uzaq durmuşam. Veriliş aparıcının evidir. Ora gələn qonağın diliylə danışmalısan. Sənəti varsa, sənətlə danış".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Xəzər axşamı" proqramında deyib. Sənətçi aparıcıları savadsızlıqla ittiham edib:
"Elə aparıcı var ki, musiqidən bixəbərdir. Amma adı aparıcıdır. Aparıcı hər şeyi bilməlidir, anlamalısan ona nə sual verəcəksən. Əgər qonağın Mətanətdirsə, onu oxut, sual vermə. Reytinq bununla olacaq. Baxıram ki, sual verirlər, mən də çəkilirəm kənara. Baxıram ki, oxuya bilməyəni oxutdururlar, oxuya bilənə isə sual verirlər".