Dollar daha bahalaşmayacaq? – Maliyyə bazarlarında fərqli fikirlər 

Dollar daha bahalaşmayacaq? – Maliyyə bazarlarında fərqli fikirlər 

Dolların məzənnəsi son bir ayda minimum səviyyəyə enməsinə baxmayaraq, ABŞ valyutasının yenidən bahalaşma ehtimalı qalır.


Sfera.az xəbər verir ki, ABŞ-ın böyük investisiya qurumu olan “JPMorgan” və Yaponiyanın investisiya təşkilatı “Fivestar Asset Management” yaxın aylarda dolların bahalaşmasının mümkün olduğunu proqnozlaşdırıblar. Bu maliyyə qurumları hesab edir ki, ABŞ-da faiz artımı davam etdikcə dollarda bahalaşma imkanları qalacaq. 


“Bloomberg”in məlumatına əsasən, “JPMorgan”dan bildirilib ki, hazırda dolların zəifləməsinin səbəbini müəyyən etmək çətindir: "FED (ABŞ mərkəzi bankı – red.) hələ faizləri maksimum həddə qədər artırmayıb. Həmçinin ABŞ iqtisadiyyatı digər iqtisadiyyatlarla müqayisədə daha dayanıqlı görünür. Buna görə də, dolların bahalaşma imkanları var".


“Fivestar Asset Management”də də düşünürlər ki, dollar rallisi hələ bitməyib: “Dolların zirvədən dönüş nöqtəsini hələ görməmişik. FED-in uçot dərəcəsini nə qədər artıracağını dəqiq görməyincə bahalaşmanın sonuna çatdığını deyə bilmərik".


Lakin dolların bahalaşma tendensiyasının tərsinə dönəcəyini düşünən qurumlar da var. Yaponiyanın iri banklarından olan “Sumitomo Mitsui Trust Bank”dan deyiblər ki, dollar zirvəsinə çatıb-çatmadığını görmək üçün vaxt lazımdır. Bank hesab edir ki, mövcud şərtlər dolların pik nöqtəyə çatdığını göstərir.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...