“AYB ləğv olunsa, ayrılan pulu xalqa verəcəklər ki..." - RƏYLƏR

“AYB ləğv olunsa, ayrılan pulu xalqa verəcəklər ki...

Azərbaycan Yazıçılar Birliyinin dünən keçirilən qurultayının təşkilinə 203 min manat vəsaitin ayrılması, orada baş berənlər fonunda sosial mediada müzakirələr davam edir. Bəziləri düşünür ki, ümumiyyətlə, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və.s kimi qurumlar ləğv edilməlidir.

 

Bununla bağlı Sfera.az-a açıqlamasında fikirlərini bölüşən AĞ Partiyanın sədri Tural Abbaslı  Azərbaycan Yazıçılar Birliyi kimi qurumların olmasının əleyhinə  olmadığını deyib:

 

“Bu sahə ilə məşğul olan peşəkar qurumlar olmalıdır. Düzdür, bu sahə ilə ayrılıqda Mədəniyyət Nazirliyi, aidiyyatı qurumlar məşğul olurlar. Amma, birliklərin  fəaliyyətinin nə ziyanı var? Qoy, AYB yazıçıların dərdlərini, problemlərini daha dərindən araşdırsın, o sahədə həm yaradıcı, həm digər məsələlərə münasibət bildirsin, yazıçılaların qeydinə qalsın, fəaliyyətinin yaxşılaşdırılması üçün addımlar atsın və.s. Bu birlik ləğv olunsa, nə olacaq? Guya aylıq büdcə xalqamı veriləcək? AYB ləğv olunsa, ayrılan puldan hansısa oliqarxın balası gedib maşın alacaq. Heç olmasa indi bilirik ki, 3-5 yazıçıya maaş verilir, yaxud hansısa kitablar, qəzetlər nəşr olunur, mövqelər səsləndirilir.Ümumiyyətlə, belə birliklərin ləğvinin əleyhinəyəm”.

 

REAL partiyasının icraçı katibi Natiq Cəfərli isə deyib ki, AYB kimi dövlət nəzdində statusu olan və və dövlət maliyyəsi ilə çalışan peşə birlikləri ləğv edilməlidir:

 

“Ölkədə eyni sahədə bir neçə QHT məntiqi ilə yaranacaq peşə birlikləri olmalıdır. İndiki model Stalinin yaratdığı, SSRİ-nin qurduğu modeldir və eyni o zamankı məntiqlə, yəni rəhbərə xidmət məntiqi ilə çalışırlar. Dövlət peşəkar birliklərə sivil toplum kimi baxmalı, maddi vəsaiti isə konkret layihələri sifariş verərkən ayırmalıdır. Məsələnin məğzi budur, adamlar deyil, insanların davranışı sistemin eybəcərliyindən doğur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...